Britaniyanın Financial Times qəzetinin yazdığına görə, Çinin dövlət şirkətlərinin İranı yanacaqla təmin etməsi Birləşmiş Ştatların Tehranın nüvə proqramını dayandırması üçün bu ölkəyə təzyiq göstərilməsi səylərinə mənfi təsir göstərə bilər. Bu gün qəzetdə dərc edilən məqalədə Çin şirkətlərinin başqa şirkətlər vasitəsilə İranın benzin ehtiyacının üçdə birini təmin etdiyini yazılıb. Xəbər neft şirkətləri və bankirlərin məlumatına əsaslansa da məqalədə nə şirkətlərin, nə də bankerlərin adı açıqlanmır.
İranın
yanacaqla təmin edilməsi Birləşmiş Ştatların bu ölkəyə qarşı sanksiyalar həyata keçirməklə, təcrid
edilməsi səylərini çətinləşdirə bilər. Hazırda İrana yanacaq satılması qadağan
edilməyib. Birləşmiş Ştatlar isə İrana qarşı beynəlxalq miqyasda ticarət
sanksiyaları tətbiq edilməsi yolu
ila bu ölkəni nüvə fəaliyyətini
dayandırmağa məcbur etmək istəyir.