Qırğızıstanın
ali polis rəsmisi ölkə hökumətini ölüm cəzasını bərpa etməyə və bəzi
cinayətlərə görə ictimai edamlara icazə verməyə çağırıb. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Murat
Sutalinov bu tövisyələri ölkənin Təhlükəsizlik Şurasının yığıncağı zamanı
təqdim edib. O, deyir ki, edam cəzası cinayətkarlı
üçün çəkindirici rol oynaya bilər. Təhlükəsizlik
Şurasının katibi Adaxan Madumarov Sutalinovun tövsiyəsini hərarətlə
qarşılayıb. Qırğızıstan 1998-ci ildə
ölüm cəzasına moratorium qoymuş, və 2007-ci ildə onu rəsmən ləğv etmişdir. Cəzanın bərpa edilməsinə hər hansı bir cəhd
beynəlxalq ictimaiyyətin kəskin tənqidi ilə üzləşəcək.