İnquşetiyada əks-terror şöbəsinin iki zabiti qətlə yetirilib

Rusiya rəsmiləri İnquşetiya respublikasına əks-terror şəbəsinin iki zabitinin qətlə yetirildiyini bildiriblər.

Daxili İşlər nazirliyinin rəsmilərinin bildirdiyinə görə, qatillər zabitlərə məxsus avtomobil əsas şosse yoluna çıxarkın atəş açıblar. Hücumçuların şəxsiyyəti müəyyən edilməyib.

Bu gün bundan əvvəl Rusiyanın Qaraçay-Çərkəz regionunda ali müsəlman ruhani İsmayıl Berdıyev qətlə yetirilib. Rəsmilər ruhaninin qətlinin onun vəhhabiçilik əleyhinə fəaliyyətlərilə əlaqədar olduğuna inandıqlarını bildiriblər.