Roma Papası gələn il yepiskopların xüsusi yığıncağının təşkilinə çağırıb

Roma Papası 16-cı Benedikt gələn il yepiskopların xüsusi yığıncağının təşkilinə çağırıb. Orada Yaxın Şərqdə sülh səyləri və katolik kilsəsinin reqiondakı rolu məsələləri müzakirə edilməlidir. Papanın bəyanatı bu gün Roma katolik kilsəsinin liderlərinə göndərilib. Sənəddə qeyd edilib ki, tolantının gələn il oktyabrın 10-dan 14-nə qədər keçirilməsi nəzərdə tutulub. Tədbir “Katolik Kilsəsinin Yaxın Şərqdə Durumu” adlandırılacaq. Roma Papası ötən ilin may ayında zəvvarların müqəddəs torpağa edəcəyi ziyarət zamanı xristian, müsəlman və yəhudilər arasında köpü salmağa çalışmışdı. Bəzi hallarda Roma papası müxtəlif təriqətlərin tənqidlərinə tuş gəlib.