ABŞ-ın
ali hüquq-mühafizə rəsmisi deyir ki, federal agentlərin sorğu-sual etdiyi əfqan
milliyətli bir nəfərin Əl-Qaidə terror təşkilatı ilə bağlılığı olduğu
müəyyənləşib. Adının açıqlanmasını istəməyən ali rəsmi bildirib ki, Nəcibulla
Zazi hazırda terrorizm ittihamları ilə üzləşə bilər. Zazi hələ ki, nə həbs
edilib, nə də ki ona qarşı hər hansı rəsmi ittiham irəli sürülməyib. Ancaq
Birləşmiş Ştatlar federal agentləri onu Kolorado ştatının Denver şəhərindəki
evində 3 dəfə sorğu-sual edib. Zazi bu həftənin əvvəlində Nyu-Yorkdakı evlərdə
aparılan reydlərlə bağlı dindirilib.