Əfqanıstan prezidenti Həmid Karzay avqust
ayı prezident seçkiləri zamanı yol verilən pozuntulara dair məlumatların
mətbuat tərəfindən şişirdildiyini deyib. Müxbirlərlə söhbəti zamanı əfqan
dövlət başçısı bildirib ki, saxtalaşdırma varsa, ədalətli təhqiqiat
aparılmalıdır. Həmid Karzay əmin olduğunu bildirib ki, saxtakarlıqlar barədə
məlumat olduğundan daha artıqdır.
Əfqanıstanın Seçki Şikayətlərinə Dair
Komissiyasının bildirdiyinə görə, ötən ay keçirilən prezident seçkilərində
saxtakarlqılara yol verilməsi ilə səsvermə məntəqələrinin 10 faizində səslər
yenidən hesablanacaq. BMT-nin dəstəklədiyi Seçki Şikayətlərinə Dair Komissiya hər
üç səsdən birinin şübhə doğurduğunu bildirib. 83 məntəqədə saxtakarlığa dair
əyani süburlara görə minlərlə səs artıq ləğv edilib.
İndiyədək hesablanan səsvermə nəticələrinə görə prezident Həmid Karzay 54 faiz səs əldə edib. Onun əsas rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdulla isə 28 faiz səs toplayıb.