İraq rəsmiləri bildirilər ki, Kərkük
şəhərində silahlı şəxslərin kürd polis işçisinin evinə reydi nəticəsində polisin
həyat yoldaşı və 3 uşağı həlak olub. Hücum
vaxtı polis işçisi evdə olmayıb. Silahlı şəxslər onun həyat yoldaşını və uşaqlarını
yatarkən öldürüblər.
Kərkük şəhərində yaraqlıların İraqın təhlükəsizlik qüvvələrinin keşik məntəqəsi yaxınlıqda iki bombanı işə salması nəticəsində azı üç polis yaralanıb.
Neftlə zəngin Kərkükdə təriqət zəminində gərginliklər armaqdadır. Kürdlər İraqın şimalında daha artıq muxtariyyət tələb edir. Bir çox ərəb və türkmən isə şəhərin İraqın mərkəzi hökuməti tərəfindən idarə olunmasını istəyir.