Urumçi şəhərində iynə hücumlarına görə günahkar bilinənləri ölüm cəzası gözləyir

Çinin Urumçi şəhərində iynə hücumlarına görə günahkar bilinənləri ölüm cəzası gözləyir. Çinin Sinxua xəbər agentliyinin məlumatına görə, hücumçular bu yüksək cəza tədbiri ilə iynələrin tərkibində zərərli maddələr aşkar edilsə üzləşəcək.

Çin rəsmiləri son insidentə görə separatist qüvvələri ittiham edir. Keçən həftə 500-ə yaxın adam hücuma məruz qalmışdı. Onların 200-də fiziki xəsarətlər qeydə alınıb. Sincan vilayətinin paytaxtı Urumçi iyun ayından bəri gərginliklərə səhnə olub. Bu şəhərdə hanlarla uyğuqlararasında qarşıdurmalar nəticəsində ölənlər olub.