Mir Hüseyn Musəvi tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə çağırıb

Iranda prezident seçkilərində məğlub olmuş namizəd Mir Hüseyn Musəvi mübahisəli prezident seçkiləri əleyhinə etirazları davam etdirməyə çağırıb.

Bu gün özünün rəsmi veb səhifəsində (Kaleme.com) yerləşdirilmiş bəyanatda cənab Musəvi tərəfdarlarını son aylar kiçik və böyük toplantılar keçirdikləri “yaşıl yol”la getməyə davam etməyə çağırıb. Mir Hüsyen Musəvi seçkilərin saxtalaşdırıldığına dair iddialarını bir daha təkrar edib. Yaşıl cənab Musəvinin seçki kampaniyasının rəngi olaraq iyun ayında prezident seçkilərindən sonra müxalifətin keçirdiyi izdihamlı nümayişlərdə rəmz kimi istifadə olunmuşdu.

Cənab Musəvi bu çağırışını İran parlamentini prezident Mahmud Əhmədinejadın 21 nəfərlik kabinetinə nominasiya olunmuş 18 nəfəri təsdiq etdikdən sonra edir.

Cənab Əhmədinejad cənab Musəvinin ikinci yerə çıxdığını göstərən mübahisəli seçkilər nəticəsində ikinci dönəm hakimiyyətə gəlib.

Seçkinin nəticələrinə etiraz edən minlərlə iranlı həbs edilmişdir.