İran
Amerika Birləşmiş Ştatlarını BMT-nin nüvə agentliyinə təqdim olunmuş sənədlərin
mahiyyətini dəyişməkdə ittiham edib. Bu sənədlərdə İranın atom bombası
hazırlamaq yollarını araşdırdığı yazılır. Beynəlxalq Atom Enerji Agentliyinə
göndərilən məktub jurnalistlərə bu gün açıqlanıb. Məktubda İran nümayəndəsi Əli
Əsgər Soltani ABŞ-ı agentliyə mahiyyəti dəyişdirilmiş sənədlər təqdim etməkdə
günahlandırır. O deyib ki, Birləşmiş Ştatların İranın nüvə silahı hazırlamağa
çalışmasını göstərən əsaslı dəlili yoxdur. Amerika və Qərbin başqa dövlətləri
İranı atom bombası hazırlamaq üçün uranı zənginləşdirməkdə günahlandırır. İran
dəfələrlə bu iddianı rədd edərək nüvə proqramının dinc mahiyyət daşıdığını
bildirib.