İndoneziyanın xilasetmə dəstələri 63
nəfərin ölümü ilə nəticələnən zəlzələdən sonra axtarışları davam etdirir. Bu
gün aşkar edilən cəsədlər ölənlərin sayını artırıb.Onlarla insan hələ də
itkindir. Sağ qalanların aşkar edilməsi ümidləri getdikcə azalır.
7 bal
şiddətində olan zəlzələ nəticəsində dağılan və ya ziyana məruz qalan tikililərin
sayı 87000-dən artıqdır. 28000 insanın
sığınacaqlara ehtiyacı var. Yardım agentlikləri insanları çadır, ədyal
və digər təcili ləvazımatlarla təchiz edir. Lakin bəzi əlçatmaz bölgələrə
yardım göstərmək mümkün deyil.