Beynəlxalq insan hüquqları təşkilatı Human
Rights Watch Qazaxıstanın insan hüquqları müdafiəçisi Yevgeni Jovtisin qısa,
lakin sərt hökmlü məhkəməsinin siyasi motivlərə əsaslandığını bildirir.
Təşkilatın
Mərkəzi Asiya üzrə tədqiqatçısı Andrea Berg avtomobil qəzasındakı roluna görə
ittiham edilən Jovtisin məhkəməsinin əvvəlcədən hazırlanmış siyasi bir proses
olduğunu deyib. Qazaxıstanın Beynəlxlaq İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun təsisçisi Yevgeni Jovtis yol hərəkəti
qaydalarını pozmaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Iyul ayının
27-də baş verən qəza nəticəsində bir piyada həlak olmuşdu.Human Rights Watch hakimin istintaq üçün mühüm müdafiə dəlillərinin təqdim
edilməsinə icazə vermədiyni bildirib.