Rusiya və Hindistan aralarında ticarət dövriyyəsinin artacağına ümid edir

Rusiya və Hindistan prezidentləri 2010-cu ildə iki ölkə arasındakı ticarət əlaqələriningenişləndiriləcəyini bəyan ediblər. Dövlət başçıları ölkələr arasında ticarətin 7 milyarddan 10 milyarda qədər artırılacağını bildiriblər. Rusiya prezidenti Dmitri Medvedev deyib ki, qlobal tənəzzülə baxmayaraq 2009-cu ildə Hindistanla ticarət dövriyyəsi artıb. Cənab Medvedevlə xanım Patil danışıqlar zamanı eləcə də, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və HindistanınNeft və Qaz Korporasiyasının Saxalin -1 qaz layihəsindəki rolunu müzakirə ediblər.