Kolumbiya
qanunvericiləri ölkə prezidenti Alvaro Uribenin 3-cü müddətə dövlət başçılığı
uğrunda mübarizə aparmağa imkan yaradacaq Konstitusiya dəyişikliyinin
referenduma çıxarılmasını təsdiq edib. Qərar dünən uzun müzakirələrdən sonra 85
lehinə 5 əleyhinə səslə Kolumbiyanın Aşağı palatasında qəbul olunub. Senat bu
ölçünü hələ may ayında qəbul etmişdi. Hazırda Konstitusiya Məhkəməsi qarşısına
çıxarılan təklif barədə qərar 3 ay ərzində verilməlidir. Səsverməyə qoyulması
üçün məhkəmənin referendumu təsdiq etməsi lazımdır. Məhkəmə 2006-cı ildə Uribenin
2-ci müddətə prezident seçilməsinə yol açan referendum keçirilməsinə icazə
vermişdi. Prezident Uribe isə nə referendum barədə, nə də gələn il seçkilərə
qatılması barədə bir söz deməyib.