Şimali
Koreya son zamanlar münasibətlərin normallaşdırılması istiqəmətində atılan
addımlar çərçivəsində yarımadanın qərb bölgəsində hərbi qaynar xəttin bərpa
edildiyini bildirir. Seulun Yunifikasiya Nazirliyinin bildirdiyinə görə, faks
və telefon xətləri yoxlanış işlərindən sonra bərpa edilib.
Kommunikasiya
kanalları 2008-ci ilin may ayından, Şimalın texmiki problemlər olduğunu
bildirməsindən sonra kəsilmişdi. Tərəflər arasında ikinci hərbi kommunikasiya
sistemi ötən dekabr ayında dayandırılmış və bir daha bərpa edilməmişdir. Bu
həftə Şimali Koreya Cənubla sərhəd nəqliyyatına qoyulan məhdudiyyətləri
azaltmışdır.