Obamanın Ədliyyə Nazirliyi vətəndaş hüquqlarının qorunmasını prioritet edəcək

Nəşr edilmiş hesabatda deyilir ki, Barak Obama administrasiyasının Ədliyyə Nazirliyi fəaliyyətini bütün ölkə boyu vətəndaş hüquqlarının qorunmasına həsr edəcək. New York Times yazır ki, seçici hüquqları, evlilik, işlilik və bank borcları praktikalarında vətəndaş hüquqlarına diqqətin artırlması nəzərdə tutulur. Bu addım Prezident Corc Buş dönəmində administrasiyanın yürütdüyü siyasətdən fərqli bir kurs təşklil edir. Times-ın yazdığına görə cənab Buşun təyin etdiyi rəsmilər məramlı ayrıseçkliyin dəlili kimi fərdi məsələlərə diqqət yetirirdilər. Buş dönəmində vətəndaş hüquqları sahəsində çalışmış bir rəsmi Obama komandasını “çılpaq siyasi” motivli istiqamət götürməkdə ittiham edir.