İtaliyanın baş naziri Silvio Berluskonin Liviyaya
səfəri kəskin tənqidlərə səbəb olub. Baş nazir Liviya lideri Müəmmar Qəzzafi
tərəfindən olduqça səmimi qarşılanıb.
Paytaxt Tripolidə bir neçə saat keçirən Berluskoninin
səfəri Liviya ilə İtaliya arasındakı dostluq və əməkdaşlıq sazişinin birinci ildönümü edilib. Liderlər İtaliya
tərəfindən inşa ediləcək 5 milyardlıq magistralın tikintisinin təməlini qoyub.
Berliskoni idarəsinin bəyanatında deyilir ki, baş nazirin səfəri 1988-ci ildə Şotlandiyanın
Lokerbi səmalarında 270 sərnişinin ölüçü ilə nəticələnən təyyarə partlayışına
görə həbsdə olan Əbdel Baset Əl-Meqrahi azadlığa buraxılmasından əvvəl
planlaşdıırlmışdı. Meqrahi azad edildikdən dərhal sonra vətəninə aparılıb.
2001-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Meqarahinin azad edilməsi bir
çoxlarının, xüsusilə təyyarədə həlak olanların ailə üzvlərinin qəzəbinə yol
açıb.