ABŞ-ın doqquzuncu bölgə üzrə Federal Apelyasiya Məhkəməsi ermənilərin iddia etdiyi 1915-ci il soyqırımı zamanı həlak olanların varislərinə həyat sığortası şirkətləri tərəfindən təzminat ödənilməsinə imkan verən Kaliforniya ştatının qanununu ləğv edib.
Kaliforniya ştatının qanunvericiləri ştat senatoru
Çak Puçikyanın sponsorluğu ilə təzminat
ödənilməsi barədə qanun layihəsini 2000-ci ildə qəbul etmişdi. Apelyasiya
məhkəməsi bu qanunu konstitusiyaya zidd adlandıraraq, bunu Amerika Birləşmiş
Ştatlarının xarici siyasətinə müdaxilə kimi qiymətləndirib.
Qərarın önəmi
barədə redaksiyamıza müsahibə verən Türk-Amerika Dərnəkləri Birliyinin prezidenti Günay Evinç hesab edir ki,
ermənilərin etnik siyasətlərinin təsirinə məruz qalan ştatlar ABŞ-ın xarici
siyasəti əleyhinə gedə bilməz. Belə ki,
ABŞ ermənilərin iddialarını genosid kimi qəbul etmir. Türk-Amerika Dərnəkləri Birliyinin rəhbəri Günay Evinç Amerikanın federal hökumətinin
Türkiyə ilə xarici siyasətində çox fəal
bir missiyaya malik olduğunu deyib.
Kaliforniya ştatının xarici şirkətlərə qarşı prosesi başladan 3 ermeni vəkilindən biri-Vartkez Yeğiayan apelyasiya məhkəməsinin qərarını qərəzli adlandırıb.
Amerikanın səsinə müsahibəsi
zamanı Vartkez Yeğiayan apelyasiya məhkəməsinin
qerarının Türkiyənin Vaşinqtondakı səfirinin xahişinə
əsaslandğını deyib. Beli ki, məhkəməden öncə səfir Turkiyənin daxili məsələlərinə
müdaxilə edilməməsinə çagırmışdı. Vartkez Yeğiayan deyib ki, bu şikayet
Türkiyə hökumitinin əleyhine deyildi. Bu, xarici özəl sığorta şirkətləri əleyhine
bir iş idi. "Məhkəmə prosesi zamanı hakimlərin bu məktub barədə məlumat verməsi
bizdə bu qərara məktubun təsiri oldugu təsəvvürü yaratdı"-deyə erməni
vəkil bildirib.
Türk-Amerika Dərnəkləri Birliyinin məlumatına görə,
Türkiyə tərəfinin məhkəməyə göndərdiyi məktubda Türkiyə ilə Ermənistan
arasındakı tarixi həqiqətlərin öyrənilməsi üçün iki ölkənin əməkdaşlıq apardığı
və ABŞ administrasiyasının bu əməkdaşlığı dəstəklədiyi deyilir.
Apelyasiya məhkəməsinin qərarı 3 hakim - ikisinin lehinə, birinin əleyhinə səsi ilə qəbul edilmişdi. Erməni vəkillər apelyasiya məhkəməsinin 10-15 hakiminin iştirakı ilə işə yenidən baxılmasına çalışır. Bundan sonra isə onlar ali məhkəməyə müraciət ediləcəyini bildirib.