Pakistanda polis məntəqəsinə intiharçı hücumu olub

Pakistan rəsmiləri bildirirlər ki, Svat vadisində intiharçının hücumu nəticəsində azı 14 polis çağırışçısı həlak olub. Bu, hərbçilər məntəqəyə nəzarəti taliban yaraqlılarından geri aldıqdan bəri ən qanlı hadisədir. Rəsmilər hücumun ölkənin şimal-qərbindəki Minqora şəhərində bu gün baş verdiyini bildirirlər. Bu əməliyyat Svat vadisində intiharçılara təlim verən düşərgənin dağıdılmasından bir gün sonraya təsadüf edir. Ordunun bəyanatında qeyd edilib ki, təlim düşərgəsi barədəki məlumat kəşfiyyat mənbələrindən əldə edilib. Düşərgənin aşkar edilməsinə yerli sakinlər yardım edib. Əməliyyat nəticəsində 6 yaraqlı öldürülüb və bir neçəsi yaralanıb.