Əfqanıstanda
prezident seçkilərinin hesablanan hissəsinin
nəticələri göstərir ki, müvəqqəti prezidenti Həmid Karzay səslərin şox
hissəsini əldə edib. Yekun nəticələr isə yaxın günlərdə açıqlanmayacaq. Seçki
rəsmiləri 20 avqust seçkilərinin 35 faizinin hesablandığını bildirib. Hazırkı
nəticələrə görə, cənab Karzay 46 faiz, onun əsas rəqibi Abdulla Abdulla isə 31
faiz dəstəyə malikdir. Prezident Karzay hələ də seçkilərin ikinci raundunun
keçirilməsinin qarşısını almaq üçün 50 faizlik həddi keçə bilməyib. Seçkilərdə
kütləvi pozuntuların baş verməsi iddiaları da irəli sürülür. Bu arada ABŞ
Dövlət Departamenti Əfqanıstan mətbuatının yazdığı məlumatı təkzib edib. Məlumat deyilirdi ki, Birləşmiş Ştatlar
Əfqanıstanda namizədləri koalisiya hökumətinin qurulmasına ruhlandırır.