ABŞ prezidenti Barak Obama bu gün avqust ayının 29-u Katrina
qasırğasının 4-cü ildönümü fəlakətin qurbanlarının xatirəsini anıb. Amerikanın körfəz sahillərini təsirinə məruz qoyan
Katrina səbəbi ilə 1000-dən artıq insan ölüb, milyona yaxın adam evsiz
qalıb.
Həftəlik radio və internet müraciəti
zamanı ABŞ dövlət başçısı deyib ki, bu faciə unudulmazdır və hazırda o,
yenidənqurma işlərini davam etdirir. Barak Obama cari ilin sonunda Yeni Orleana
səfər edəcəyinə vəd verib.
Adminisrasiyasının fəlakətdən sonrakı səylərinə görə
ciddi tənqidlərlə üzləşən sabiq prezident
Corc Buşun respublikaçı məsləkdaşı senator Mayk Enzi həftəlik radio müraciətini səhiyyə
islahatlarına həsr edib. Prezident Obamanın səhiyyə islahatlarını tənqid edən senator planın
olduqca baha başa gələcəyini deyib.