Casusun oğlu ruslardan pul aldığını etiraf edib

İndiyədək casusluqda ittiham olunan ən yüksək rütbəli ABŞ kəşfiyyat işçilərindən birinin oğlu həbsdə olan atasına ruslardan pul toplamaqda kömək etdiyini etiraf edib. ABŞ Ədliyyə Nazirliyinin rəsmiləri deyir ki, 25 yaşlı Nataniel Nikolson casusluq etidiyini və çirkli pulların yuyulmasınında iştirakını boynuna alıb. O, həmçinin atası, Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq zabiti Harold Nikolsona qarşı ifadə verməyə razılaşıb. Nataniel 12 yaşında olarkən 1997-ci ildə Harold Nikolson Rusiya üçün casusluq ittihamı ilə 23 il həbsə məhkum edilib. Prokurorlar deyir ki, o, oğlunu 2006-2008-ci illər ərzində rus agentlərdən 35 min dollar almaq üçün Kipr, Meksika və Peruya göndərib.