İran prezidenti Mahmud Əhmədinejad iyun seçkilərindən sonra baş vermiş etiraz aksiyalarına rəhbərlik edən müxalifət liderlərinin mühakimə edilməsinə çağırıb. Cümə günü Tehranda xalqa televiziya ilə müraciətində prezident deyib ki, müxalifət liderlərinin "qarşısı alınmalı" və "düşmən planlarını həyata keçirdiklərinə" görə məsul bilinməlidirlər. O, deyib ki, iğtişaşlarda iştirak edən aşağı səviyyəli müxalifətçilərə İslam mərhəməti göstərilməlidir; belə ki, onlar aldanılıblar. Minlərlə iranlı prezident Əhmədinejadın prezident seçilməsinə etiraz etdiklərinə görə həbs ediliblər. Onlardan çoxu dövlətə qarşı cinayətlər törətmək ittihamları ilə üzləşir.