Tayvan
prezidenti Tibetin ruhani ldieri Dalay Lamanın adaya səyahət etməsinə icazə
verib. Dalay Lamaya dəvətnamə göndərilməsi qərarını təsdiq etdiyini prezident
dünən bildirib. Müxalif Demokratik İnkişaf partiyası Dalay Lamanı Tayvanın Morakot tufanının təsirinə məruz qoyduğu cənub
bölgələrini ziyarət etməyə dəvət edib.
Keçən il Tayvan prezidenti Dalay Lamanın
ölkəyə dəvətini rədd etmişdi. Tayvan prezidentinin sözçüsü bu səfəri humanitar
və dini səbəblərə əsaslandırarar, qarşılqılı münasibətlərə təsiri olmayacağını
deyib.
Tibetin ruhani lideri Dalay Lamanı Tibetin müstəqillik əldə etmək cəhdlərində gühanlandıran Çin hökuməti Tayvanın qərarını kəskin tənqid edib.