ABŞ prezidenti Federal Ehtiyatlar Bürosunun sədrini vəzifədə saxlayır

ABŞ prezidenti Barak Obama Amerika və dünyanın üzləşdiyi ən dərin maliyyə böhranı zamanı göstərdiyi liderlik qabiliyyətinə görə mərkəzi bankın direktorunun yenidən ikinci dönəmə namizədliyini irəli sürüb. Prezident Obama deyib ki, Ben Bernankenin cəsarəti, innovatorluğu və temperamenti ikinci Böyük Depressiyanın qarşsını alıb. Cənab Obama həmçinin Federal Ehtiyatlar Bürosununn sədrini maliyyə sistemi uçurumun bir addımlığında olarkən böhrana soyuq baş və idrakla yanaşdığına görə alqışlayıb. Prezident bu bəyanatı Massaçusetsdə istirahətdə olarkən verib. Öz tərəfindən Ben Bernanke Amerikanın artımı və firavanlğı üçün bünövrəni genişləndirəcəyinə söz verib.