Birləşmiş
Ştatlar prezidenti Barak Obama bu gündən etibarən ailəsi ilə birlikdə bir
həftəlik məzuniyyətə çıxıb. O, məzuniyyətini Boston şəhəri yaxınlığındakı
Martas Vinyard adasında keçirir. Cənab Obama, həyat yoldaşı Mişel və qızları
Malia ilə Saşa adada şəxsi bir evdə qalacaq. ABŞ-ın sabiq prezidenti Bil
Klinton da tətillərini bu evdə keçirirdi. Birinci ailə Martas Vinyardda pis
hava şəraiti səbəbilə bir neçə saatlıq gecikmə ilə adaya çatıb. Barak Obama və
ailəsinin qalacağı evin bir həftəlik kirayəsi 35 min dollardır.