Rusiyanın
İnquşetiya respublikasının lideri iyun ayında sui-qəsd cəhdi nəticəsində aldığı
yaraların sağalması üçün müalicə keçəndən sonra bu gün regiona geri dönüb.
Prezident Yunusbek Yevkurov təyyarədən paytaxt Maqasa enən zaman terrorçulara
qarşı amansız müharibə aparacaqlarına söz verib. O, Moskva yaxınlığında müalicə
keçsə də, bu həftənin bazar ertəsi günü lideri olduğu respublikada baş vermiş
terrorçu hücumlardan sonra vaxtından əvvəl geri dönməyə qərar vermişdi. Qeyd
edək ki, respublikanın ən iri şəhəri Narzanda baş vermiş terrorçu hücumu
nəticəsində 25 nəfər həlak olmuşdu. Çeçen üsyançı qrupu hücumun məsuliyyətini öz üzərinə
götürüb. Bu hücum İnquşetiyada son illərin ən ağır terror aksiyasıdır.