Taliban
komandiri deyir ki, Pakistan Talibanları bu ayın əvvəlində ABŞ-ın raket hücumu
zamanı öldürülən Beytulla Məshudun yerinə yeni lider təyin ediblər. Maulvi
Fəqir Məhəmmədin mətbuata açıqlamasına görə, 42 üzvlük taliban şurası Hakimulla
Məshudu qrupun lideri vəzifəsinə təyin edib. Hakimulla Məshud Beytulla Məshudun
yaxın yardımçılarından olub. Beytulla Məshud avqust ayının 5-də Əfqanıstanla
sərhəd Vəziristan vilayətində Birləşmiş Ştatların raket hücumu nəticəsində
həlak olduğu deyilir. Yeni liderin təyinatına baxmayaraq Paksitan Talibanı
Beytulla Məshudun sağ olması barədə iddiaları davam etdirərək onun ağır xəstə
olduğunu bildirir. Bununla yanaşı təhlükəsizlik qüvvələri məlumatında deyilir ki,
dünın Paksitanın şimal-qərbində yaraqlıların sığınacağına ABŞ-ın raket hücumu
nəticəsində 21 nəfər həlak olub.