Meqrahinin azadlığa buraxılması bir çoxlarının qəzəbinə yol açıb

Britaniyanın xarici işlər naziri Deyvid Miliband 1988-ci ildə Şotlandiyanın Lokerbi səmalarında 270 sərnişinin ölüçü ilə nəticələnən təyyarə partlayışına görə həbsdə olan Əbdel Baset Əl-Meqrahinın azadlığa buraxılmasına görə narahatlığını ifadə edib. Nazir onu çoxsaylı insanın qatili adlandırıb.

Ölüm yatağında olan Liviya vətəndaşının azad edilməsi mərhəmətə əsaslandırılıb. Meqrahi azad edildikdən dərhal sonra vətəninə qayıdıb.

2001-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Meqarahinin azadlığa buraxılması bir çoxlarının, xüsusilə təyyarədə həlak olanların ailə üzvlərinin qəzəbinə yol açıb. Liviyada isə onu yüzlərlə gənc əllərində milli bayraqlarla qarşılayıb.