Madonna 51 yaşını polşalılarla birlikdə qeyd edib

Madonna 51 yaşı tamam olan vaxt Polşada konsert verib. Polşalı pərəstişkarlar Varşavada bir-birinə qoşularaq Madonna üçün ad günü mahnısı oxuyublar. Konsert zamanı iki mahnı arasındakı fasilədə pərəstişkarlardan biri Ad Günün Mübarək yazılan plakat qaldırıb və tamaşaçılar Polşada ənənəvi ad günü mahnısı olan “100 il yaşayasan” mahnısını oxuyublar. Yaşıl meydançada minlərlə tamaşaçı qarşısında çıxış edən Madonna “Mən sizin sevginizi hiss edirəm” sözlərini dilə gətirib. Səhnə yaxınlığındakı pərəstişkarlar isəürək şəklində olan kağız parçaları dalğalandırıb. Onlardan biri Madonna üz tutaraq deyib: “Məni də himayə et”. Madonna Varşava konserti onun ad günü ilə yanaşı həmdə xristianların dini bayramı ilə eyni vaxta təsadüf edib. Bu isə bəzi katoliklərin qəzəbinə səbəb olub.İkinci Con Pavelin vətəni olan Polşa əhalisinin böyük bir hissəsini katoliklər təşkil etsə də, ölkə gənclərin çoxu pop mədəniyyətini üstünlük verir.