Rusiyanın
müdafiə naziri deyir ki, ötən ayın sonu İngilis Kanalını tərk etdikdən az sonra
karqo gəmisini qaçırmış 8 adam həbs edilib.
Rusiya xəbər agentlikləri Anatoliy Serdyukova istinad edərək bildirir
ki, şübhəlilər "Arktik
Dənizi" adlanan gəmini tapmış hərbi gəmidə saxlanılır. Şübhəlilər arasında Rusiya, Estoniya və
Latviya vətəndaşları var. Serdyukov
deyir ki, iyulun 24-də 8 nəfər İsveç sularında freyterə minmiş və silahla
hədələyərək ekipaja onların göstərişlərinə əməl etməyi əmr etmişlər. Girvodarlar sonra naviqasiya cihazlarını
söndürərək gəmini Atlantik okeanının cənubuna doğru istiqamətləndiriblər. Gəmi qərbi Afrika ölkəsi olan Keyp Verd
sahillərində aşkar edilib. Müdafiə
nazirinin sözlərinə görə 15 ekipaj üzvü salamat rus gəmisinə evakuasiya
edilib.