Cənubi
Koreyanın Hyunday şirkətinin rəhbəri Şimali Koreya lideri Kim Conq İllə
görüşmək ümidi ilə Pxenyandakı qalışını dördüncü dəfə uzadıb. Hələlik görüşün baş tutacağına heç bir işarə
yoxdur.Hyun Cunq-eun ötən bazar ertəsi
şirkətin əməkdaşı Yu Seonq Cinin azadlığıa buraxılmasına nail olmaq üçün
Pxenyana üç günlük səfərə gəlmişdi.Əməkdaş
mart ayından bəri Şimali Koreya hökumətini tənqid etdiyinə görə həbsdə
saxlanılır.Yu öz vətəninə cümə axşamı
qayıdıb.Yu Cənubi Koreyaya qaydışından
xoşbəxt olduğunu və onun azadlığa çıxmasına yardım etmiş şirkət və Cənubi Koreya
rəhbərliyinə minnətdar olduğunu bildirib.
Cənubi Koreyanın Birləşmə naziri Cunq-eunun buraxılması əvəzində Şimala
heç nəyin verilmədiyini bildirib.