Morakot tufanının səbəb olduğu torpaq sürüşməsinə məruz qalan 3 kənddən 700 nəfər insan xilas edilib

Tayvan rəsmiləri Morakot tufanının səbəb olduğu torpaq sürüşməsinə məruz qalan 3 kənddən 700 nəfər insanın xilas edildiyini bildirir. Xilasetmə dəstələrisağ qalanların axtarışını davam etdirir, xarici dünya ilə əlaqəsi kəsilən bu fəlakət bölgəsinə humanitar yardım çatdırır. Morakot tufanı 60-dan artıq insanın ölümü, onlarla adamın itkin düşməsinə səbəb olub.

Bazar günü Çini təsirinə məruz qoyan tufan 10 minə yaxın evi dağıtmış, 8 nəfərin ölümünə səbəb olmuşdu. Çin hökuməti Morakotun vurduğu ziyanı 1.4 milyard dollarla ölçür.