Ata, yoxsa xaç atası

Britaniya mətbuatının verdiyi məlumata görə, Maykl Ceksonun uşaqlarının xaç atası olmuş şəxs pop kralın qızı Parisin bioloji atası olduğunu bildirir.

News of the World qəzeti Ceksonun uzun illərdir dostu olmuş Mark Lesterə istinadən xəbər verib ki, o, Parisin onun qızı olduğuna inanır.

Qəzet yazır ki, 51 yaşlı Lester ata olduğunu təsdiq etmək üçün test keçmək istəyir.

Özü də 60-cı illərin sonlarında hələ uşaq ikən ekran ulduzu olan Lester 1968-ci ildə “Oliver” kino-filmində baş rolda çəkilib. Onun sözlərinə görə, Paris onun 15 yaşlı qızı Harriyetə çox oxşayır.

Maykl Cekson və Lester 27 il bundan əvvəl görüşəndən sonra dostlaşmışdılar.

Lester hazırda Londondan 100 kilometr aralıda yerləıən Çeltenhamda yaşayır.