Somali paytaxtında yol kənarı bomba partlayışı nəticəsində iki adam həlak olub

Şahidlərin bildirdiyinə görə, bu gün Somali paytaxtında yol kənarı bomba partlayışı nəticəsində iki adam həlak olub. Paytaxt Moqadişunun Vaberi rayonunda baş verən partlayışın hədəfi Somali əsgərlərini daşıyan maşın olub.

Şahidlər deyir ki, partlayış nəticəsində əsgərlər xəsarət almayıb, hadisə yerində olan iki mülki şəxs həlak olub.

Dünən Moqadişuda sərt xətt islamçı üsyançılar və hökumət qüvvələri arasında artilleriya döyüşü zamanı 10 nəfər ölmüşdür.

Döyüş üsyançılar Moqadişu hava limanı və Somali prezidenti Şeyx Şərif Şeyx Əhməd Keniyadan qayıdan zaman prezident sarayını atəşə tutduğu zaman başlayıb.