Rusiya məhkəməsi Anna Politkovskayanın qətlilə ilə bağlı yeni istintaq aparılmasına razı olmayıb

Rusiya məhkəməsi 2006-cı ildə qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın ailə üzvlərinin onun qətli ilə bağlı yeni iş açmaq haqda müraciəti rədd edib.

Moksva hərbi məhkəməsinin hakimi Nikolay Tkaçuk qətli həyata keçirməyə kömək etmiş üç nəfərin yenidən keçirilən məhkəməsinin təxirə salınmasına razı olmayıb.

Məhkəmə onları məhkum etmək üçün kifayət qədər dəlil olmadığına görə fevral ayında çeçen qardaşlar Cəbrayıl və İbrahim Mahmudovlar və təhlükəsizlik polisinin keçmiş rəisi Sergey Hacıkurbanova bəraət qazandırmışdı.

Lakin iyun ayında Rusiyanın Ali Məhkəməsi bu qərara yenidən baxmış və məhkəmənin yenidən keçirilməsi haqda qərar çıxarmışdı.