Dövlət katibi Klinton Afrika ölkələrini qanunun aliliyini təmin etməyə və korrupsiya ilə mübarizə aparmağa çağırıb

ABŞ Dövlət katibi Hillari Klinton Afrika liderlərini yaxşı idarəçiliyi inkişaf etdirməyə və onun sözlərilə iqtisadi inkişafa əngəl törədən korrupsiya və cinayətkarlığa qarşı mübarizə aparmağa çağırıb.

Klinton bunları Keniya paytaxtı Nayrobidə Afrikanın 40 ölkəsinin iştirak etdiyi ticarət forumunda çıxışı zamanı söyləyib. Hillari Klinton deyib ki, Afrikada əsl iqtisadi inkişaf korrupsiyadan imtina edən, qanunun aliliyini təmin edən və nəticələri öz xalqına çatdıran məsuliyyətli hökumətlərin olmasından asılıdır. O bildirib ki, bu təkcə yaxşı idarəçiliyin təmin edilməsi deyir, həm də biznes üçün yaxşıdır.

Konfrans iştirakçılarına qısa video müraciətində ABŞ prezidenti Barak Obama nümayəndələrə deyib ki, gələcəyə ümidə baxıb imkanlar axtaran bütün afrikalıların Birləşmiş Ştatlarda tərəfdaşı və dostu var.

Vaşinqton ABŞ-ın İnkişaf və İmkan aktına görə Afrikanın Böyük Səhraaltl ölkələrindən 6 min adda məhsulun vergisiz Amerika bazarlarıına çıxarılmasına imkan verir.