Əfqanıstan polisi bildirir ki, bu gün Herat
şəhərində yol kənarında yerləşdirilmiş bomba partlayışı nəticəsində 12 nəfər
həlak olub, təxminən 30 nəfər isə yaralanıb. Rəsmilər deyirlər ki, polis maşın karvanı izdıhamlı
küçədən keçən vaxt zibil qutusunda yerləşdirilmiş bombanı uzaq məsafədən idarə
edilən cihaz vasitəsilə partlatmışlar. Taliban
sözçüsü bildirib ki, hücum İncil mahalının polis rəisinə qarşı yönəlmişdi. Əməliyyat nəticəsində polis rəisi ağır
yaralanıb və başqa bir polis zabiti, bir qadın
və gənc qız həlak olub. Əfqanıstan
avqustun 20-də keçiriləcək prezident və yerli seçkilərə hazırlaşan vaxt, taliban
yaraqlıları hücumlarını artırıblar. Bu arada NATO-nun yeni rəhbəri Anders Foq Rasmussen
bu gün Brüsseldə deyib ki, alyansın beynəlxalq
ictimaiyyətin yardımına ehtiyacı var. Onun
sözlərinə görə, əks təqdirdə Əfqanıstan beynəlxalq terrorçularn böyük mərkəzinə
çevrilə bilər.