ABŞ
maliyyə naziri Timoti Qaytner deyir ki, iqtisadiyytın bərpasına dair işarələr
var, lakin bu kursu möhkəmləndirmək üçün bir sıra ölçülərə ehtiyac var. Qaytner bu gün ABC telekanalına müsahibədə
bildirib ki, maliyyə sistemi artıq dağılmaq təhlükəsi ilə üzləşmir. Lakin o, etiraf edib ki, işsizlik və 1
trilyon dollar həcmində defisit problem olaraq qalır. Onun sözlərinə görə iqtisdiyyat dirçəldikdən
sonra defisiti endirmək üçün çətin seçimlər etmək lazım gələcək. Müxalifətdə olan Respublikaçılar Partiyasının
bir çox üzvləri deyir ki, Obama administrasiyasının iqtisadi planları ölkəni
borc girdabına sürükləyir.