Avropa Birliyi Serbiyaya büdcə böhranından, Türkiyə
və Balkan dövlətlərinə isə iqtisadi böhrandan xilas olmaq üçün kömək məqsədilə
yardım paketlərini təsdiq edib. Avropa Komissiyası bu gün bəyan edib ki, qurum
Serbiyanın iqtisadi stabilliyinə yardım etmək üçün 141 milyon dollarlıq vəsait
ayırıb. Təşkilat habelə iqtisadi böhrana cavab paketinin bir hissəsi kimi
Balkan dövlətləri və Türkiyəyə 120 milyon dollar verməyi planlaşdırır. Avropa
Birliyinin bəyanatında deyilir ki, Türkiyə və Balkanlara yardım investisiya vəsaitlərinin
axınını təmin etməyi, bank sektorundan islahatlara köməyi və iş yerlərinin
artımını nəzərdə tutur.