Hondurasda
polislə devrilmiş prezident Manuel Zelayanın tərəfdarları arasında baş verən
toqquşma nəticəsində bir neçə adam yaralanıb, azı 88 nəfər isə həbs
olunub. Polis bir nümayişçinin başından
güllə yarası aldığını bildirir. İyunun
28-də prezidenti devriləndən bəri Hondurasda parçalanma baş verib. Honduras həbrçiləri cənab Zelayanı öz
hakimiyyətini uzatmaq məqsədilə konstitutsiyada qeyri-qanuni dəyişikliklər
etməkdə günahlandırır. Onun Hondurasa
qayıtmaq cəhdləri uğursuz olub. Siyasi
böhranda vasitəçilik edən müvəqqəti prezident Roberto Mişeletti qarşıdurmanı
sona çatdırmaq üçün danışıqların davam etməsində maraqlı olduğunu izhar
edib.