Moldovada 3 ay əvvəl zorakı küçə nümayişlərinə
səbəb olan seçki pozuntularından sonra bu gün moldovanlar parlament
seçkilərində iştirak edib. Bu səsvermə post sovet respublikasının öz
istiqamətini Rusiyadan çevirərək, Avropa Birliyinə yönəltməsi ilə nəticələnə
bilər. Dünən keçirilən seçkilərə qatılan Voronin paytaxt Kişinyovda səs verib. Sorğular
göstərir ki, hakim Kommunist partiyası 31 faizlik dəstəyə malikdir. Ancaq
analitiklərin fikrincə Avropa tərəfdarı 4 partiya birgə 33 faiz səs toplayaraq
alyans təşkil edə və ölkənin çoxdan gözlənilən yeni prezidentini seçə və Qərbə
doğru istiqamət ala bilər. Zorakı nümayişlərə səbəb olan 5 aprel parlament
seçkilərindən bəri Moldovada siyasi böhran yaşanırdı. Müxalifət həmin
seçkilərin saxtalaşdırıldığını iddia edir.