Seçki rəsmiləri deyir ki, şənbə günü keçirilən regional
seçkilərdə İraq Kürdüstanında iştirak edənlərin sayı yüksək olub, ancaq müxalif
siyasətçilər seçki tənzimləyicilərində şikayətlənir. İraq paytaxtı Bağdadda
seçkilərin nəticələri hesablanır və rəsmi nəticələrin bu gün açıqlanacağı
gözlənilir. Ancaq regionun seçki sədri
Fərəc əl-Heydəri xəbərdarlıq edib ki, texniki problemlər son nəticələrin
açıqlanmasını bir həftəyə kimi gecikdirə bilər. İraq Seçki Komissiyasının
rəsmisinin sözlərinə görə, İraq Kürdüstanında bulletənlərin 80 faizə yaxını
yararlıdır və seçkilər qaydasında keçib. Ancaq kürd müxalif siyasi qruplar
seçki tənzimləyicilərindən şikayətlənərək bildirib ki, rəsmilər bəzi müxalifət
üzvlərinin səs verməsinə mane olub və qeydiyyatdan keçməmiş seçicilərə səs
verməyə şərait yaradıb. Kürdüstanın
daxili işlər naziri Kərim Sincarinin sözlərinə görə, ədalətli keçirilən
seçkiləri yüzlərlə müşahidəçi izləyib.