BMT-nin yeni hesabatında deyilir ki, siyasi, iqtisadi, sosial və ətraf mühit problemləri Ərəb dünyasında inkişafı boğur.
BMT İnkişaf Proqramının sponsorluğu ilə tərtib olunmuş sənəd müstəqil ərəb alimlərinin iştirakı ilə hazırlanıb.
Hesabatda qeyd olunur ki, ərəb ölkələrində humanitar təhlükəsizlik problemi aktuallıq kəsb etdiyi üçün, bu bölgədə mənəvi və iqtisadi təminata ehtiyac var.
Sənəddə regionun humanitar təhlükəsizliyinə hədə təşkil edən amillər sırasında su çatışmazlığı, aclıq, infeksion xəstəliklər və digər problemlər də daxil olmaqla 7 səbəb göstərilir.
Bu səbəblər sırasına habelə qadın və uşaqların təhlükəsizlik problemləri də daxildir.
Sənəddə vurğulanır ki, ərəb ölkələri yaranmış vəziyyətdən çıxmaq və təhlükələri azaltmaq üçün təxminən 51 milyon iş yeri yaratmalıdırlar.