Dövlət katibi Klinton bildirib ki, Şimali Koreya üçün yeganə seçim tərksilahdır

ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, tərksilah haqda danışıqlara qayıtmazdan əvvəl Şimali Koreya nüvə silahı proqramına birdəfərlik son qoymalıdır.

Klinton deyib ki, onun Rusiya, Çin, Yaponiya və Cənubi Koreyadan həmkarları ilə görüşləri Şimali Koreya məsələsində yekdillik şəraitində keçib.

ABŞ Dövlət katibi xarici işlər nazirlərilə Tailannda regional təhlükəsizliyə dair konfransın keçirildiyi Phuket adasında ayrı-ayrılıqda görüşüb.

Bu ölkələr Şimali Koreyaya nüvə silahlarından tərksilah məsələsində əmkdaşlıq müqabilində iqtisadi güzətşlər paketi və diplomatik münasibətlərin yaxşılaşdırılmasını vəd ediblər.

Lakin Şimali Koreya bu danışıqlardan çıxmış və bu yaxınlarda BMT-nin sanksiyalarını pozaraq nüvə silahı və ballistic raket sınaqğı keçirmişdir.