Rusiya rəsmiləri separatçı Cənubi Osetiya regionuna səfər etmişlər

Rusiyanın xəbər agentliklərinin bildirdiyinə görə, daxili işlər naziri Rəşid Nurqaliyev və Rusiyanın digər rəsmiləri qarşılıqlı əməkdaşlıq barədə razılıq imzalamaq məqsədi ilə Gürsüstanın separatçı Cənubi Osetiya regionuna səfər etmişlər. Xəbərlərdə deyilir ki, regiona səfər edən nümayəndələr arasında fövqəladə hallar naziri Sergey Şayqu və baş prokuror Yuri Çayka da var.

İnterfax xəbər agentliyinin məlumatında deyilir ki, cənab Çayka və onun Cənubi osetiyalı həmkarı Teymuraz Xuqayev insan hüquqlarını müdafiə və cinayətkarlığa qarşı birgə işləyəcəklərinə söz vermiş və bu barədə razılıq imzalamışlar. İmza mərasimində Cənubi Osetiya prezidenti Eduard Kokoitinin də iştirak etdiyi xəbər verilir. Xatırladaq ki, keçən həftə Rusiya prezidenti Dmitri Medvedev də heç bir xəbərdarlıq etmədən bu regiona səfər etdi.