Əfqanıstanın cənubunda bomba hücumu baş verib

Əfqan polisinin rəsmisi general Seyfullah Hakim bildirir ki, ölkənin şimal-şərqində yol kənarında yerləşdirilmiş bomb partlayışı nəticəsində 5 uşaq daxil olmaqla 11 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. General deyib ki, kişi, qadın və uşaqlardan ibarət bir qrup sərnişin Pakistan sərhəddinin yaxınlığındakı Qəndəhar şəhərinə mikro-avtobusla gedən vaxt bomba Spin Boldak mahalında partlayıb. General Hakim əməliyyatın məsuliyyətini taliban yaraqlılarının üzərinə qoyub. Bu arada Britaniya hərbçiləri bildirilər ki, dünən Helmənd vilayətinin Gereşk qəsəbəsində bir Britaniya əsgəri keşik şəkən vaxt bomba partlayışı nəticəsində həlak olub.