Polşanın sabiq baş naziri Avropa Parlamentinin növbəti prezidenti seçilib

Polşanın sabiq baş naziri Jerzi Buzeki 736 nəfərlik assambleya üzvü olan Avropa Parlamentinin növbəti prezidenti seçilib.

Cənab Buzekin namizədliyi bu gün 555 səslə təsdiq edilib.

Avroparlamentə yeni prezidentin seçilməsi assambleyanın Fransanın Strasburq şəhərində keçirilən açılış sessiyasının gündəliyindəki ilk məsələ olub.

Buzek bu vəzifəyə Avropa Birliyinə yeni daxil olmuş Şərqi Avropa ölkələrindən ilk nümayəndədir.

Polşa 2004-cü ildən Avropa Birliyinin üzvüdür. Hazırda təşkilatın ümumilikdə 27 üzvü var.