ABŞ-ın Maliyyə naziri Səudiyyə Ərəbistanındadır

Birləşmiş Ştatların Maliyyə naziri Timoti Geytner Körfəz ölkələri arasında ABŞ-da investisiyalarla bağlı narahatlıqları azaltmaq məqsədilə Səudiyyə Ərəbistanında səfərdədir.

Ciddədə danışan Geytner biznes sektorunun nümayəndələrinə deyib ki, Birləşmiş Ştatlar beynəlxalq maliyyə sistemində dolların rolunu nəzərə alaraq, onun dəyərini qorumaq kimi bir məsuliyyət daşıdığını başa düşür. O bildirib ki, ABŞ-ın iqtisadi stimullaşdırma planı işdə özünü göstərməyə başlayıb və əlavə edib ki, böhran başa çatan zaman hökumətin iqtisadiyyata müdaxiləsi də sona yetəcək.

Geytner həmçinin Böyük Səkkizlər qrupuna daxil ölkələr arasında arasında ən böyük stimullaşdırma paketlərindən biri olan planı geçəkləşdirdiyinə görə Səudiyyə Ərəbistanından razılığını bildirib. O xəbərdarlıq edib ki, iqtisadi böhran 2010-cu ildə artımın olacağı əvvəlcədən proqnozlaşdırılsa da, uzun müddət davam edəcək.

Ciddə ABŞ Maliyyə nazirinin Yaxın Şərq ölkələrinə səfərinin birinci dayanacağıdır. Onun sabah Əbu Dabidə Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərilə görüşəcəyi gözlənilir.