Dünən Avropanın Rusiya qazından asılılığını azaldacaq Nabbuko layihəsinə dair razılıq imzalandı. Türkiyə, Bolqarıstan, Avstriya, Rumıniya və Macarıstanın baş nazirlərinin Ankara görüşü zamanı əldə etdikləri razılığa əsasən Nabukko Xəzər dənizindən Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur. Razılığın əldə edilməsinə baxmayaraq, qaz kəməri ilə problemlər hələ də qalmaqdadır. 3300 km-lik qaz kəməri razılığı 7 illik müzakirələrin nəticəsidir.
Azərbaycandan start alacaq kəmər Türkiyədən Bolqarıstan və Rumıniyadan keçməklə, Avstriyaya qədər uzanmalıdır. İmza mərasimində iştirak edən Avropa İttifaqı Komissiyasının rəhbəri Hose Manuel Barroso bu kəmərin tarixi əhəmiyyətini vurğulamışdı."Nabukko layihəsi Avropa vəTürkiyənin enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Kəmər əlavə mənbələr və marşrutlarla təminat daxil edilməklə, etibarlı istehlakçı bazarı, etibarlı təminatçılar və etibarlı tranzit martşrutları özündə əsk etdirir."
Nabukko Orta Asiayadan Rusiya, Ukrayna və Balkanlardan keçməklə İtaliyaya qədər uzanacağı nəzərdə tutulan və Rusiyanın dəstəklədiyi Cənub Axını layihəsinə rəqib hesab edilir. Ödəniş problemlərinə görə Rusiyanın ötən yanvar ayı Ukraynaya qaz nəqlini dayandırması Rusiyaya olan etibarı azaltmışdır. Bunun ən ağır təsirinə məruz qalan ölkə Bolqarıstan olmuşdu. Bolqarıstanın baş naziri Sergey Stanişev bu baxımdan Nabukkonun onun ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib. "Bolqarıstan hökuməti və yanvar ayında xoşagəlməz qaz böhranı yaşayan Bolqarıstan xalqı üçün imza mərasimi həm siyasi, həm də iqtisadi baxıımdan güclü bir mesajdır."
Macarıstan da yanvar böhranının açı təcrübəsini yaşamalı olmuşdu. Bu ölkənin baş naziri Qordon Baynai boru kəmərini daha geniş əməkdaşlığın rəmzi olduğunu dyib."Bu böhrandan çıxış bizim ölkələrimizin daxili yolları ilə deyil, əməkdaşlıq, koordinasiya və inteqrasiyasının yüksək səviyyəsi ilə mümkündür."
Avropanın enerji təminatına alternativ yollar axtarması Ankara tərəfindən təkcə iqtisadi deyil, siyasi bir imkan kimi qiymətləndirilir. Özünü Yaxın Şərqlə Avropa arasında enerji körpüsü hesab edən Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan sazişin qaz kəmərindən daha dərin məna kəsb etdiyini bildirib.
Ankara Avropanın enerji ehtiyaclarının qarşılanmasına yardım göstərməklə, Avropa İttifaqına üzvlük məsələsinə təkan verəcəyinə ümid bəsləyir. Lakin Nabukkonun davamlılığı məsələsinə dair bir çox sual mövcuddur. Hazırda Avropa bazarlarına xidmət edəcək iki layihənin inşası planlaşdırılır.Təhlilçilərin fikrincə, bu ayın əvvəllərində Azərbaycanla qaz almaq barədə razılıq əldə edən Rusiya Nabukkonu təmin edəcək qazı satın almağa çalışır.
Türkiyənin Bilgi universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Soli Özəl bunun Nabukko üçün yaxşı xəbər olmadığını deyir. "İranın heç yerdə olması ilə Azərbaycansız bu layihənin inşası baş tuta bilməz. Çünki İran Qərblə yaxşı əlaqərələ malik deyil. Nabukko layihəsinə start verilərkən Azərbaycan qazı hesaba alınmalıdır."
Layihəni dəstəkləyənlər Azərbaycanın Rusiya və Nabukko istehlakçılarını təmin etmək üçün kifayət qədər qaz ehtiyatına malik olduğunu deyirlər. Nabukko Azərbaycandan kifayət qədər olmasa, Misir,İran, İraq və Türkmənistandan qaz ala biləcək. Lakin Nabukkonun ən nikbin tərəfdarları belə həll edilməmiş bir çox problemin qaldığını deyirlər.